Məhkəmə sədri iman Nağıyev 46 hakimi narazı salıb; Hakimlər zikayətə hazırlazır

img

26-06-2012 [01:03]


Məhkəmə sistemində əmək fəaliyyətinə Yasamal Rayon Xalq Məhkəməsində tərcüməçi kimi başlayan və 8 il bu vəzifədə çalışmış Bakı Apellyasiya Məhkəməsinin hazırkı sədri İman Nağıyev tabeliyində olan 46 hakimi tutduğu vəzifənin imkanlarından sui-istifadə etməklə, təzyiq altında saxlayır. Məhkəmə hakimlərindən heç biri onun tapşırığını geri çevirmək cəsarətində deyillər. Sədr istənilən iş üzrə hansı tapşırığı verirsə, 46 hakimin hər biri də həmin tapşırıq üzrə qərar çıxarırlar. Maraqlısı budur ki, qanunsuz qərarlarının Ali Məhkəmədə ləğv olunma ehtimalını nəzərə alan həmin hakimlər və şəxsən sədr İman Nağıyev yuxarı instansiya məhkəməsinə də ?əl uzatmaq?dan da çəkinmirlər. Nəticədə Ali Məhkəmə də saxta və əsassız qərarları qüvvədə saxlamaqla, Avropa İnsan Haqları Məhkəməsinə göndərilən işlərin sayını çoxaltmış olurlar. Bu isə Azərbaycana zərbədir. Bu sözləri MIA.AZ-a tanınmış vəkillərdən biri deyib. Onun sözlərinə görə, İman Nağıyev və hakimlər iş üzrə sənəd və faktları deyil, əvvəlcə zərərçəkən və ya cavabdeh kimdir, onlar kimlərin qohumudurlar, hansı vəzifədə işləyirlər, maliyyə imkanları necədir və sair kimi halları araşdırırlar: ?Sonra isə İman Nağıyev işi özünə münasib olan hakimə yönəldir, üstəlik, hansı tərəfin xeyrinə qərar çıxarılması haqda da tapşırığını verir. Düzdür, pulsuz qərar demək olar ki, yoxdur. Məsələn, iri dövlət şirkətlərinin məhkəmə çəkişmələrindən tutmuş, dövlət məmurlarına qədər olan işlərin hamısında birmənalı olaraq ?bir pillə? üstün olan tərəfin xeyrinə pul alıb qərar çıxarılır. Məmurlardan rüşvət vəkilləri vasitəsiylə alınır?. Bu yaxınlarda Milli Məclisin komitə sədrlərinin birinin İman Nağıyev vasitəsiylə bir prosesi yönləndirdiyini deyən müsahibimizin sözlərinə görə, işi aparan hakimin özü açıq etiraf edib ki, sədrin tapşırığına qarşı çıxmaq gücündə deyil: ?Bu və ya digər məqamlar Bakı Apellyasiya Məhkəməsinin hakimlərini də ciddi narazı salırlar. Onlar narazılıqlarını açıq ifadə etməkdən indiyədək qorxublar. Çünki dərhal həmin hakim haqda yuxarılara yanlış məlumatlarla zəngin elə dosye hazırlanıb, göndərilə bilər ki, o, bir aya işini itirmiş olar. Ancaq artıq sıravi hakimlərin özləri vəziyyəti dəyişmək niyyətinə düşüblər?. Müsahibimiz deyir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki, inzibati və iqtisadi, cinayət, hərbi kollegiyalarının rəhbərləri də sədr İman Nağıyevin hər hansı bir qanunsuz tapşırıqlarını rədd etmək iqtidarında deyillər: ?Ona görə də, 46 hakimin böyük hissəsi bu şəkildə işləyə bilmədiklərini dilə gətirməyə başlayıblar. Əgər proses bu şəkildə gedərsə, sədr İman Nağıyevin qanunsuz tapşırıqlarından bezən 20-dək hakimin yaxın aylarda prezident İlham Əliyevə rəsmi müraciət edəcəkləri də gözlənilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA