Azərbaycanda dəhzətli qəza: dörd ölü, iki yaralı

img

25-06-2012 [12:24]


Bu gecə saat 00.30 radələrində Bakı-Astara yolunun 33-cü kilometrliyində Ələt qəsəbəsi ərazisində ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müstəntiqi Qəzənfər Mansurovun verdiyi məlumata görə, 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Belə ki, 1976-cı il təvəllüdlü Rövşən Zəbulla oğlu Vəliyevin idarə etdiyi ?Tavriya? markalı 44 BO 263 dövlət nömrə nişanlı minik maşını İran İslam Respublikasının vətəndaşı, 1952-ci il təvəllüdlü Habil Məhəmmədinin idarə etdiyi ?Mercedes? markalı, İR 223 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər - Masallı rayonunun Ərəb kəndinin sakinləri, 1976-cı il təvəllüdlü Qasımov Ağalar Habil oğlu, onun qızı, 1994-cü il təvəllüdlü Babayeva Tünzalə Ağalar qızı və nəvəsi, 1 aylıq Babayeva Aysu Ağəli qızı hadisə yerində ölüblər. Digər iki sərnişinlər - 1990-cı il təvəllüdlü Babayev Ağaəli Qulaməli oğlu və 1976-cı il təvəllüdlü Qasımova Ruhiyyə Cahangir qızı müxtəlif xəsarətlər alıblar. Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı BDYPİ-nin İstintaq və təhqiqat şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA