Qənirə Pazayeva Belçika parlamentində görüzlər keçirib

img

21-06-2012 [01:00]


Millət vəkili Qənirə Paşayeva Brüsseldə Belçika Parlamentinin Türk kökənli millət vəkili Mahinur Özdemir ilə görüşüb. Belçikada səfərdə olan millət vəkili, Azərbaycan-Belçika Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva bu ölkənin Türk kökənli millət vəkili Mahinur Özdemirlə görüşüb. Görüş zamanı millət vəkili Mahinur Özdemirə Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi illərində Ermənistanın etnik təmizləmə siyasəti apararaq 200 mindən çox azərbaycanlını Ermənistandan öz tarixi ata-baba yurdlarından, torpaqlarından zorla çıxarması, Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, qəbiristanlıqları dağıtmaları, dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımılar, Xocalı, Qaradağlı, Bağanıs Ayrım soyqırımları, rəsmi İrəvanın 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki öz evinə, öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. Belçikada harada doğulmasından asılı olmayaraq təxminən 170 mindən çox Türk kökənli insanların yaşadığını vurğulayan Qənirə Paşayeva bunun çox böyük bir güc olduğunu və səsimizin Belçika ictimaiyyətinə daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğunu və səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini bildirib. Millət vəkili onlara Avropa parlamentində keçirilən görüşlər və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qurumun mövqeyi, münasibəti ilə bağlı da onlara ətraflı məlumatlar verib və geniş müzakirələr aparılıb. Mahinur Özdemir isə öz növbəsində bu istiqamətdə Azərbaycana əlindən gələn dəstəyi göstərməkdə davam edəcəyini vurğulayıb. Görüş zamanı müxtəlif coğrafiyalardan Belçikaya gələrək bu ölkədə yaşayan Türklər, onlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi ilə bağlı da fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva Mahinur Özdemirə həmçinin Azərbaycanın inkişafı, xarici siyasəti, Avropaya inteqrasiya istiqamətində görülən işlər barədə də məlumatlar verib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Azərbaycan-Belçika parlamentlərarası əlaqələrin inkişafının vacibliyinə xüsusi toxunan Q. Paşayeva Mahinur Özdemiri Azərbaycana dəvət edib. İndiyə qədər qardaş Azərbaycanda olmadığını deyən Mahinur Özdemir Azərbaycana gəlməkdən məmnun olacağını deyib və təklifi qəbul edib.#601;kili Mahinur

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA