Ərdoğan: "Qəzəbimiz ziddətli olacaq"; NATO toplanır

img

26-06-2012 [04:45]


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Böyük Millət Məclisində partiyasının qrup toplantısında çıxış edib. O, Suriyadakı vəziyyətə və qırıcılarının vurulması faktına toxunaraq deyib ki, hamı Türkiyənin qəzəbindən qorxmalıdır: "Bu gün Suriyada öz xalqını, uşaq, qoca, qadın demədən qətlə yetirən zorakı hakimiyyət iş başındadır. Türkiyə hər zaman dostlarının əlini sıxıb, qardaşlarını qucaqlayıb. Türkiyənin heç bir ölkənin, heç bir qonşunun torpağında gözü yoxdur və olmayacaq. Bu gün Şam, Hələb, Xüms deyərkən qanı axıdılan qardaşlarımızı düşünürük. Hər kəs bunu bilsin ki, Türkiyənin dostluğu nə qədər dəyərli isə qəzəbi bir o qədər şiddətlidir. Türkiyənin qəzəbindən hər kəs qorxsun. Bizim soyuqqanlı davranmağımız bəzilərini aldatmasın. Biz tarixi yaradarıq, onu kimin yazacağına, kimin oxuyacağına, kimin ondan dərs alacağına qarışmarıq?. Rəcəb Tayyib Ərdoğan onu da deyib ki, Türkiyə bölgədə sərhədlərin yenidən çəkilməsinə əsla göz yummayacaq. Bu arada NATO-nun baş katibiı Anders Foq Rasmussen Türkiyənin hərbi təyyarəsini vurub salan Suriyanı şiddətlə qınadıqlarını açıqlayıb və Türkiyənin yanında olduğunu deyib. Türkiyə mediasının xəbərinə görə, Rasmussen deyib ki, Türkiyə hərbi təyyarəsinin salınması mövzusuna həsr edilən yığıncaqda quurmun nizamnaməsindəki 5-ci maddəni müzakirə edəcəklər. NATO üzvü 28 ölkənin səfirləri bu gün Türkiyənin tələbiylə toplanıb. NATO-nun baş katibi Rasmussenin sədrlik etdiyi yığıncaqda silahsız Türkiyə təyyarəsinin iyunun 22-də Suriya tərəfindən vurulmasına cavabın nə cür olacağı məşvərət ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA