13 nəfərə xəsarət yetirən icra bazçısının oğludur?

img

20-06-2012 [10:23]


?İyunun 20-nə keçən gecə Bakı şəhərinin Nizami rayonunda, ?Neftçilər? metro stansiyası yaxınlığındakı qəzanı törədən Fuad Əliyev keçmiş nazir, hazırda Kürəmir rayonunun İcra Hakimiyyətinin başçısı olan İrşad Əliyevin oğlu deyil?. Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib. Onun sözlərinə görə, 13 nəfərin xəsarət alması ilə nəticələnən qəzanı törədən ?Mercedes?-in sürücüsü Əliyev Fuad İrşad oğlu olub: ?Lakin həmin şəxslərin adları, soyadları və ata adları eynidir. Qəzanı törədən Fuad Əliyev Kürdəmirin icra başçısı İrşad Əliyevin oğlu deyil, başqa insandır?. Qeyd edək ki, məlum hadisə zamanı ?Mercedes? və iki ?VAZ 2107? toqquşub. Qəzaya bir qrup insan tamaşa etməyə toplaşıb və bu zaman F.Əliyevin idarə etdiyi digər ?Mercedes? həmin insanlara çırpılıb. 13 nəfər xəsarət alıb ki, onlardan 11-i ilkin müayinədən sonra buraxılıb. Lent.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA