Bakıda saxta müəllimə tapıldı və cinayət izi açıldı

img

20-06-2012 [03:49]


Respublika Prokurorluğu korrupsiya faktı ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Bakı şəhər sakini Sadıqova Tovuz Səməd qızının 2003-cü ildə saxta diplomla Xətai rayonu, 202 saylı uşaq baxçası-körpələr evinə tərbiyəçi vəzifəsinə işə qəbul edilməsinə dair Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb. Müəyyən edilib ki, T.Sadıqovanın Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirməsinə dair diplomunun saxta olması 2011-ci ilin noyabrında baxçanın müdirəsi Simuzər Bənənyarlıya məlum olsa da, həmin sənədin doğruluğunun yoxlanılması üçün Təhsil Nazirliyinin ?Pedaqoji işə qəbul prosesinin tənzimlənməsi barədə? sərəncamına müvafiq olaraq dərhal sorğu verilməyib, bundan əlavə həmin sərəncamın tələbinə uyğun olaraq baxça müdirəsi və aidiyyəti təhsil qurumlarının əməkdaşları tərəfindən 2003-2012-ci illərdə diplomun doğruluğunun yoxlanılması üçün heç bir təbdir görülməməklə onun uzun müddət qanunsuz işləməsinə və dövlət vəsaitini almasına şərait yaratmaları nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub. Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilir. #351;aq bax

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA