Bakıda ər arvadını qətlə yetirdi

img

19-06-2012 [10:57]


Bakıda dəhşətli cinayət törədilib. Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, iyunun 18-dən 19-a keçən gecə, saat 03:00 radələrində Yeni Yasamal 2-də yerləşən "Qismət" şadlıq evinin arxasındakı yarıtikilmiş binada kirayənişin yaşayan 45 yaşlı Malik Abdullayev aralarında baş vermiş mübahisə zəminində, arvadı, 33 yaşlı Təranə Abdullayevaya mətbəx bıçağı ilə çoxsaylı bədən xəsarətləri yetirib. Abdullayeva Kliniki Tibbi Mərkəzdə aldığı xəsarətlərdən dünyasını dəyişib. Abdullayev saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA