Yol Polisi sürücülərə müraciət etdi

img

16-06-2012 [02:21]


Bakı şəhər Dövlət Yol Polisi Bakının bəzi yollarında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar sürücüləri diqqətli olmağa çağırır. İdarənin bölmə rəisi Vaqif Əsədov bildirib ki, Yusif Səfərov küçəsi ilə 28 May küçəsinin kəsişməsinə qədər asfalt səthinin yenilənməsi ilə bağlı təmir-tikinti işləri aparılır. Hazırda Yusif Səfərov küçəsi ilə 28 May küçəsinin kəsişməsinə qədər olan yol bağlanmayıb, lakin Bakı şəhər Dövlət Yol Polisi sürücülərin nəzərinə çatdırır ki, həmin yolda bir qədər daralma var. Vaqif Əsədov həmçinin bildirib ki, Səməd Vurğun küçəsinin kəsişməsindən Ənvər Qasımzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsinə qədər olan istiqamətdə səki daşlarının dəyişdirilməsi, yolun genişləndirilməsi və yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədar həmin ərazidə texnika işləyir. Onun sözlərinə görə, bu istiqamətdə də yol daralıb. Bölmə rəisi qeyd edib ki, sürücülərdən xahiş olunur ki, bunu nəzərə alıb tıxacın, sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etsinlər və ya həmin yollarda hərəkət edərkən diqqətli olsunlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA