Ayaz Mütəllibov: ?Mən vəziyyətdən müdrikliklə çıxa bildim?

img

15-06-2012 [02:12]


Eks-prezident Ayaz Mütəllibov ?BBC Azərbaycan?a müsahibə verib. Müsahibədə Ayaz Mütəllibov ?Eks-prezidentlər haqqında? Qanunla və digər suallarla bağlı fikirlərini bildirib. Ayaz Mütəllibov qanuna münasibətini belə açıqlayıb: - Mən bu qərarı böyük məmnuniyyətlə qarşıladım. Mən həmişə ölkəmə, xalqıma xidmət etmək niyyətində olmuşam. - Ayaz müəllim, siz Azərbaycanda nə ilə məşğul olacaqsınız, planlarınız varmı bu barədə? - Nə iləsə məşğul olmaq üçün geniş imkanlar var. Burda dövlət xidmətçisi də olmaq olar, çünki məndən söhbət gedirsə, bu sahədə uzun illik təcrübəm var. Ictimai məsələlərlə, işlərlə də məşğul olmaq olar. Ancaq mən hələlik ailəmə xidmət etmək niyyətindəyəm. Çünki məşəqqətli həyat yolu, son 20 il ərzində fiziki, mənəvi yüküm olub. - Sizin həyatınızda müəyyən dönüşlər olub - dövlət rəhbəri olmusunuz, mühacirət dövrü də olub. Keçmiş həyatınızı cəmləşdirəndə nə kimi fikirlər keçir ürəyinizdən? - Keçmişə qiymət vermək olar, bu, tarixçilərin işidir. Lakin keçmişə hirslənib onu başqa cür qiymətləndirmək lazım deyil. Belə olsaydı, başqa cür olardı, mən buna belə yanaşmıram. Mən reallığı olduğu kimi qəbul edirəm. O zaman, keçid dövrünün başlanğıcında ölkədə çox təlatümlü vəziyyət yaranmışdı. Mən çalışırdım ki, nöqsanlara yol verməyim. Ən çətin dövr də mənim dövrümə düşdü. Mən yaranmış vəziyyətin içindən müdrikliklə çıxa bildim. Yəni qan tökülmədi, vətəndaş qarşıdurmasına yol verilmədi, kürsü davası aparılmadı. Hadisələrin qan yoluyla aparılmadığını xalq indi də yüksək qiymətləndirir. Bu da məni qane edir. - Ayaz müəllim, siz 1994-cü ildə kitab yazmısınız. Indi artıq Azərbaycanda yaşayan Ayaz Mütəllibovdan yeni kitab gözləmək lazımdırmı? - Hələ çapdan çıxmayan kitablarım var. Bir neçəsi də hazırdır. Həyat yolum barədə ətraflı məlumat verməyi məqsəd qoymuşam. - Həmin kitabda elə bir məqam varmı ki, oxuculara məlum olmasın, maraqlı olsun? - Geniş mənada hadisələrin səbəbini şərh edirəm. Bəzi maraqlı hissələrini oxuyanların xoşuna da gəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:11 15.06.2025

Sabah yağış yağacaq

08:28 14.06.2025

Bu gün “Son zəng”dir