KTN-nin sabiq işçisi Vəhdət Partiyasının sədri oldu - Tahir Kərimli yola salındı

img

15-06-2025 [09:00]


Vəhdət Partiyasının dünən növbədənkənar VI Qurultayı keçirilib.

Mia.az xəbər verir ki, qurultayda ölkənin bütün rayonlarından seçilmiş 510 nümayəndə, eləcə də qonaqlar iştirak ediblər.

Qurultayın əsas qərarı ilə vaxtilə Kənd Təsərrüfatı Nazirliyində müxətlif vəzifələrdə işləmiş Adəm İsmayıl Bakuvi açıq səsvermə yolu ilə partiyanın yeni sədri seçilib.

Yeni sədr Qurultay qarşısında öz siyasi platformasını və Vəhdət Partiyasının strateji hədəflərini təqdim edib.

Xatırladaq ki, bu partiyanın sədri sabiq deputat, AXC dövründə Ali Məhkəmənin sədri olmuş Tahir Kərimli idi...

 

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:11 15.06.2025

Sabah yağış yağacaq

08:28 14.06.2025

Bu gün “Son zəng”dir