Bakıda polis əməkdazını bıçaqladılar

img

14-06-2012 [11:08]


Ötən gecə saatlarında Bakının Suraxanı rayonu ərazisində polis bıçaqlanıb. Rayon Polis İdarəsinin 33-cü polis bölməsindən verilən məlumata görə, Suraxanı rayonu ərazisində Xətai rayon 34-cü polis bölməsinin əməliyyat müvəkkili 1982-ci il təvəllüdlü Rəşad Aydın oğlu Süleymanov naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisə Yeni Günəşli qəsəbəsində baş verib. Bıçaqlanan Rəşad Süleymanov ağır vəziyyətdə Su-Tikinti Xəstəxanasına yerləşdirilib. Polis İdarəsi cinayəti törədən şəxsin tutulması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirir. Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, yaralı saat 05:00 radələrində Su-Tikinti Xəstəxanasından 3 saylı Sabunçu xəstəxanasına köçürülüb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA