Mehdi Səlimzadənin əməkdazı özünə niyə qəsd etdi?

img

11-06-2012 [01:09]


Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin əməkdaşı, 32 yaşlı ədliyyə kapitanı Samir Əliyev bu gün səhər saat 05.00 radələrində yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faciə Xətai rayonu, Xocalı prospekti, ev 2, mənzil 26 ünvanında baş verib. Xətai rayon Prokurorluğundan isə APA-ya bildirilib ki, hadisənin intihar olub-olmadığı hələlik məlum deyil. S.Əliyevin bədbəxt hadisə nəticəsində binadan yıxılması da istisna edilmir. Hadisənin dəqiq baş vermə səbəbləri aparılan araşdırmaların sonunda məlum olacaq. Onu da xatırladıq ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəhbəri Mehdi Səlimzadədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA