Qobustan həbsxanasında aclıqdır, türmə rəhbərliyi isə?

img

10-06-2012 [02:35]


?May ayının 24 ? dən Qobustan həbsxanasında başlayan aclıq aksiyası davam edir. Qobustan həbsxanasındakı özbaşınalıqlara hələ də son qoyulmayıb?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Ömürlük Məhbusların Müdafiə komitəsinin sədri Müslimət Rzaxanova deyib. Onun sözlərinə görə, hal ?hazırda məhbus Süleyman Dadaşov aclıq aksiyasını davam etdirir: ?Ancaq onu həkim nəzarəti əvəzinə, karsda saxlayırlar. Vəziyyətlə bağlı türmə rəisi Şahin Osmanovla əlaqə saxladım və tamamilə gözlənilməz cavab aldım. Rəisi məni məhbus valideynlərindən pul almaqda günahlandırdı. Bildirdi ki, onda məhbus ərizələri var ki, guya mən valideynlərdən, məhbuslardan pul yığıram. Mən ondan xahiş etdim ki, əlindəki sübutları məhkəməyə göndərsin. Belə bir hadisə heç vaxt olmayıb. Bunun səbəbi orada baş verənləri ictimaiyyətə çatdırdığım üçündür. Şahin Osmanov məni təhqir etdiyi üçün onu məhkəməyə verməyi planlaşdırıram. Həmin söhbətin baş verdiyi zaman mənim şahidim də var?. Müslimət xanım deyib ki, Süleyman Dadaşovun valideyni onunla qanunda tutulduğu vaxt onunla görüşmək istəsə də, buna da imkan verilməyib: ?Şahin Osmanovun metodu budur ki, bir - biri ilə yola getməyən məhbusları eyni kamerada saxlayır?. Rzaxanova deyir ki, Şahin Osmanov bütün məhbusların ərizə və məktublarını da əvvəlcədən ?süzgəc?dən keçirir: ?Məktubları açıb, nəzarətdən keçirdikdən sonra aidiyyəti orqanlara çatdırırlar. ?Lazımsız? hesab etdiyi məktublar göndərilmir və yaxud da həmin məhbusu qorxudaraq ərizələrini dəyişdirirlər?. Ruqiyyə Cəfərli #601;tl

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA