Hillari Klintonun Azərbaycana səfəri bazlayıb

img

06-06-2012 [02:25]


ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycana səfərə gəlib. Dövlət katibi səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və vətəndaş cəmiyyətinin üzvləri ilə görüşlər keçirəcək. Dövlət katibinin dünən Bakıda açılışı keçirilən 19-cu Beynəlxalq. Xəzər Neft, Qaz, Neftayırma və Neft kimyası Sərgi-Konfransı ilə tanış olacağı da gözlənilir. Dövlət katibi Bakıda keçirdiyi görüşlərdə Azərbaycanla ABŞ münasibətlərinin bütün spektri, energetika sahəsində əməkdaşlıq, regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparacaq. Xatırladaq ki, Hillari Klinton iyunun 4-də Ermənistanda, dünən isə Gürcüstanda səfərdə olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA