02-06-2012 [12:46]
baycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyin Mətbuat Xidmətinin məlumatına görə, Mexiko şəhərində Azərbaycan Respublikasının Meksikadakı Səfirliyi tərəfindən 28 May ? Respublika Günü münasibəti ilə rəsmi qəbul keçirilmişdir. Tədbir zamanı, həmçinin 2012-ci ildə Meksika ilə Azərbaycan arasında diplomatik münasibətlərin 20 illik yubiley tarixi də qeyd edilmişdir.
Qəbulda, Meksika Xarici İşlər Nazirliyinin rəsmiləri, Konqres üzvləri, Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Meksikada yaşayan azərbaycanlılar, habelə türk, Ukrayna və yəhudi icmalarının üzvləri, bu ölkədə fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları nümayəndələri və iş adamları iştirak etmişlər.
Tədbirin açılış mərasimində hər iki ölkənin Dövlət Himnlərinin səsləndirilməsindən sonra, giriş sözü ilə çıxış edən Səfir İlqar Muxtarov, Azərbaycan xalqı və Hökuməti adından qonaqları salamlamış və Azərbaycanın Respublika Günü və ölkələrimiz arasında diplomatik münasibətlərin 20 illik yubiley tarixinin qeyd edilməsi münasibəti ilə keçirilən bayram sevincinə qoşulduqları üçün tədbir iştirakçılarına öz təşəkkürünü bildirmişdir.
Səfir İ.Muxtarov öz çıxışında, hər il may ayının 28-də Azərbaycan xalqı tərəfindən bayram edilən şərqdə ilk demokratik dövlət quruluşunu bəyan etmiş Azərbaycan Demokratik Respublikasının 94-cü ildönümünün qeyd olunduğunu diqqətə çatdıraraq, ölkəmizin müasir dövrümüzədək keçdiyi tarixi yoldan bəhs etmişdir.
Sovet İttifaqının 1991-ci ildə tənəzzülə uğradıqdan sonra Azərbaycan Respublikasının yenidən müstəqillik əldə etdiyini bildirən Səfir İ.Muxtarov, hal-hazırda ölkəmizin iqtisadi cəhətdən davamlı, demokratik və hüquqi dövlət quruluşu istiqamətində sürətlə inkişaf etdiyini qeyd etmişdir.
Səfir, yeni yaranmış müstəqil Azərbaycanın keçdiyi yoldan və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən fəaliyyəti nəticəsində əldə edilmiş nailiyyətlərdən danışaraq, sözügedən çətin dövrdə ulu öndərin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin qorunub saxlanması və daha da möhkəmləndirilməsinə nail olunduğu, ölkəmizin iqtisadiyyatı, enerji sektoru, habelə mədəniyyət, təhsil və digər sahələrin sürətli inkişafının əsası qoyulduğunu söyləmişdir.
Səfir İ.Muxtarov, həmçinin 2012-ci ildə Azərbaycan və Meksika arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümün qeyd edildiyini bildirərək, Meksikanın Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdən olduğunu diqqətə çatdırmışdır. Səfir, həmçinin 2011-ci ildə Meksika və digər dost ölkələrin səs çoxluğu ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçildiyini vurğulamışdır.
2008-ci ildən etibarən Azərbaycanın Meksikadakı Səfirliyinin fəaliyyət göstərdiyini qeyd edən İ.Muxtarov, son illər ərzində həm Meksika, eyni zamanda digər Latın Amerikası regionu ölkələri ilə münasibətlərin möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyət aparıldığını bildirmişdir. Səfir bildirmişdir ki, Meksika və Azərbaycan arasında imzalanmış sazişlər, müxtəlif mədəniyyət tədbirləri, həmçinin bir sıra yüksək səviyyədə qarşılıqlı səfərlər, o cümlədən Nazir E.Məmmədyarovun 2011-ci ilin mart ayında Meksikaya həyata keçirilmiş rəsmi səfəri, qeyd edilənlərin bariz nümunəsi olaraq, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafını əks etdirir.
Azərbaycan Səfiri, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin üzləşdiyi münaqişədən bəhs edərək, beynəlxalq ictimaiyyətin bu istiqamətdə aktiv dəstəyinin vacibliyini vurğulamışdır.
Bu xüsusda, Səfir İ.Muxtarov Meksika və digər Latın Amerikası ölkələrinin Konqresləri tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımının tanınmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Səfir İ.Muxtarov Azərbaycanın Respublika Günü münasibəti Səfirliyə təşrif buyurmuş qonaqlara bir daha təşəkkür edərək, bütün dünya xalqları arasında sülh və dostluq şəraitində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini arzulamışdır.
Daha sonra tədbirdə Meksika Xarici İşlər Nazirliyinin Avropa idarəsinin rəisi, Səfir Xose İqnasio Madraso çıxış etmişdir.
Meksika XİN rəsmisi X.İ.Madraso 2008-ci ildə Latın Amerikası regionunda ilk Azərbaycan səfirliyinin məhz Meksikada açılmasından sonra, Səfirliyin fəaliyyəti nəticəsində ölkələrimiz arasında ikitərəfli münasibətlərin xüsusən uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır.
X.İ.Madraso qeyd etmişdir ki, Azərbaycan və Meksika Xarici İşlər Nazirləri arasında keçirilmiş görüşlər, habelə iki həyata keçirilmiş digər yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanmış sazişlər iki ölkə arasında əlaqələrin yeni müstəvidə inkişaf etməyinə şərait yaratmışdır.
Azərbaycanın Xarici İşlər Naziri E.Məmmədyarovun Meksikaya ilk rəsmi səfəri, daha sonra isə Meksikanın dəvəti ilə ?Böyük İyirmilik? ölkələrinin Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısında iştirak etdiyini xatırladan X.İ.Madraso, Meksika tərəfindən Azərbaycanın vacib tərəfdaş kimi nəzərdən keçirildiyi və öz ölkəsinin bu münasibətlərə mühüm önəm verdiyini vurğulamışdır.
Səfir X.İ.Madraso Azərbaycanın dövlət bayramı ? Respublika Günü və 2012-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illik yubiley tarixi münasibəti ilə Meksika Hökuməti və Xarici İşlər Nazirliyi adından təbriklərini çatdıraraq, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əmin olduğunu bildirmişdir.
Qəbul zamanı, qonaqlara Azərbaycanın çoxsaylı milli mətbəx təamlarından təqdim edilmiş, tədbir ərzində ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanlarını təbliğ edən videoçarxlar nümayiş etdirilmiş, həmçinin Azərbaycanın xalq mahnıları səsləndirilmişdir. Tədbirdə, Meksika Ştatının Simfonik Orkestrində fəaliyyət göstərən istedadlı azərbaycanlı musiqiçilərin iştirakı ilə Ü.Hacıbəyov, Q.Qarayev, C.Hacıbəyov və F.Əmirovun klassik musiqi əsərləri canlı olaraq ifa edilmişdir.
Tədbirin sonunda qonaqlara xatirə hədiyyəsi və Azərbaycan haqqında müxtəlif məlumatlardan ibarət broşürlar təqdim edilmişdir.