Turizm institutuna qarzı zikayətə baxılacaq

img

04-06-2012 [06:32]


Sabah saat 11.30-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Sevinc Alıyevanın sədrliyi ilə Azad Gənclik Təşkilatının sədri, Azərbaycan Turizm İnstitutunun IV kurs tələbəsi Ülvi Həsənlinin 2010-2011-ci tədris ilinin II semestrində 2 fəndən imtahana buraxılmamasına görə instituta qarşı qaldırdığı iddiaya baxılacaq. Bu barədə Mstəqil İnformasiya Agentliyinə sözügedən birlikdən məlumat daxil olub. Bildirilir ki, Ülvi Həsənlinin məhkəmədəki nümayəndəsi Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyevdir. Xatırladaq ki, bu proses 2011-ci ilin iyul ayından başlayıb. İndiyədək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində, Nərimanov Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA