?Freedom House? Klintona çağırız etdi

img

04-06-2012 [05:45]


?Freedom House? hüquq müdafiə təşkilatı dövlət katibi Hillari Klintonu Azərbaycan, Ermənistan və Gürcüstana səfəri zamanı insan hüquqları və demokratiyanın pozulması məsələsinə xüsusi əhəmiyyət verməyə çağırıb. İyunun 4-də ?Turan?ın yaydığı məlumata görə, qurumun rəhbəri Devid Kramer deyib ki, Qafqazda demokratiyanın təşviqi və dəstəklənməsinin böyük əhəmiyyəti var?. Kramer bəyanatında dövlət katibi Klintonu Azərbaycanda hakimiyyətin siyasi fəalları təqib etməsi, hökumət əleyhinə nümayişlərin dağıdılması üçün güc tətbiq etməsi və müxalifətçilərin həbsi məsələsini qaldırmağa çağırıb. ?Freedom House? rəhbəri qeyd edib ki, Ermənistanda hakimiyyət dəfələrlə vəd olunmuş islahatları həyata keçirmir, Gürcüstanda daha dərin islahatlar və artıq başlanmış dəyişikliklərin davam etdirilməsi üçün institusional zəmanət yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA