Ukrayna parlamentində dava düzdü

img

25-05-2012 [01:39]


Mübahisəli və qalmaqallı sessiyaları ilə tanınan Ukrayna Ali Radasında deputatlar arasında növbəti əlbəyaxa toqquşma baş verib. Mərəkə xəstəxanalarda, məhkəmələrdə və digər ictimai qurumlarda rus dilinin işlənməsinə dair qanun layihəsinin müzakirəsindən sonra yaranıb. Ukraynada Rusiya nüfuzunun aradan qaldırılmasını istəyən Qərb-yönümlü müxalif deputatlar qanun layihəsindən hiddətə gələrək, hakim partiyadan olan parlament üzvləri ilə üz-üzə gəlib. Toqquşma zamanı müxalif deputat Mikola Petruk ağır xəsarət alıb. Iqtidar yönlü deputatlardan birinin baş nayhisinə endirdiyi ağır zərbədən sonra, Petruk üzü qana bulaşıq şəkildə xəstəxanaya çatdırılıb. Qeyd edək ki, Ukrayna parlamentində oxşar əlbəyaxa insidentlər müntəzəm olaraq baş verir. Təkcə 2010-cu ilin dekabr ayında Ali Radada yer almış mərəkədə, 6 deputat yaralı vəziyyətdə xəstəxanaya aparılıb. Həmin vaxt qarşıdurma, Yanukoviçin partiyasından olan deputatların sessiyanın gedişatına mane olan deputatların üzərin zaldakı oturacaqları atmasından sonra yaranmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA