General Ramiz Zeynalovun izçiləri vətəndazın qanını tökdülər

img

26-05-2012 [05:02]


Dövlət Yol Polisinin əməkdaşları İmişli rayon sakinini evinin qarşısında qanına qəltan ediblər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən rayon sakini Musa Rahimin sözlərinə görə, İmişli Rayon Polis Şöbəsinin yol patrul xidmətinin zabitləri - polis kapitanı Əliəsgər Məmmədov və baş leytenant Əzim İbadullayev rayonun M.Əzizbəyov küçəsində 1961-ci il təvəllüdlü Məmmədov Taleh Qaçay oğlunu xəsarət yetiriblər: ?Taleh Məmmədova gecə saat 23.00 radələrində yaşadığı evin qarşısında yol patrul xidmətinə məxsus 10 YP 268 xidmət aparan adıçəkilən polis zabitləri tərəfindən xəsarətlər yetirildi. Aldığı xəsarətlər səbəbindən saat 23.45-də şəxsən mən onu Təcili Tibbi Yardıma aparmalı oldum. Taleh Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra, baş verən hadisəylə bağlı İmişli Rayon Polis Şöbəsinin növbətçi xidmətinə məlumat verildi. Qeyd edim ki, həmin hadisənin necə baş verdiyini təsdiqlyən video çəkliş də var?. Musa Rahim deyib ki, hadisənin baş verməsinə səbəb yol polislərinin gecə saatlarında Taleh Məmmədovun evinin qarşısında avtomobilləri saxlayaraq, səs-küy salmaları olub: ?Zərərçəkən evinin qarşısında yaşanan səs-küyə narazılıq etdiyi üçün, ailəsinin və qonşularının gözləri qarşısında döyüldü?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA