Dövlət zirkətləri nazirlik və icra Hakimiyyətinə qarzı məhkəmə savazları açıblar

img

21-05-2012 [12:52]


?Azəriqaz? İstehsalat Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyi, ?Azərsu? ASC ilə Qaradağ Rayon İcra Hakimiyyəti arasında məhkəmə çəkişmələri davam edir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, ?Azəriqaz?ın nazirliyə yönəlik iddiaları hazırda Bakı Apellyasiya məhkəməsində araşdırılır: ?Qurumun Mədəniyyət və Turizm Nazirliyinə qarşı bir şikayəti hakim Səriyyə Seyidovanın icraatındadır. Bu iddia tələbi istifadə olunmuş təbii qaza görə yaranmış 19.738,42 manat məbləğində borcun cavabdehdən tutulub, ?Azəriqaz?ın hesabına ödənilməsindən bəhs edir. Hakim iş üzrə mayın 22-ə proses təyin edib?. ?Azəriqaz? İstehsalat Birliyinin Mədəniyyət və Turizm Nazirliyinə qarşı digər bir iddiası isə Bakı Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyi ilə araşdırılır: ?Hakim Mirzə Tağızadənin icraatında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsindən verilmiş şikayət də borc tələbindən bəhs edir. Nazirlik iddia edir ki, bu borc köhnə borcdur və büdcə təşkilatları olduğundan problem Nazirlər Kabinetinin qərarı ilə tənzimlənməlidir. Yəni hökumətin qərarı ilə Maliyyə Nazirliyi tərəfindən əlavə vəsait köçürülməlidir ki, Mədəniyyət və Turizm Nazirliyi də bu borcu ödəyə bilsin. Yəqin buna görədir ki, ?Azəriqaz? Maliyyə Nazirliyini də maraqlı şəxs kimi prosesə cəlb edib. Məhkəmə mayın 23-də şikayətə baxacaq?. Bakı Apellyasiya Məhkəməsindən aldığımız digər bir xəbərdə isə daha bir dövlət şirkəti ilə İcra Hakimiyyətinin arasında məhkəmə çəkişməsindən söz açılır. Belə ki, ?Azərsu? ASC istifadə olunmuş suyun pulunu ödəmədikləri üçün Süleyman Mikayılovun icra başçısı olduğu Qaradağ Rayon İcra Hakimiyyətini məhkəməyə verib. Bu məhkəmə çəkişməsi hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Hilal Xəlilovun sədrliyi ilə araşdırılır: ?Hakim apellyasiya şikayəti üzrə mayın 23-ə proses təyin edib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA