?Əgər bir generalın verdiyi rütbəni zərləməkdən ötrü ayaqlar altına atırlarsa??

img

20-05-2012 [04:04]


İmişlidə sabiq AMİP-çi, fəal mübariz Musa Rahimin uşaq baxçalarının ayrı-ayrı sahibkarlara satılmasına etiraz əlaməti olaraq keçirdiyi aksiyaya Daxili İşlər Nazirliyinin rəsmi münasibətində yer alan fikirlər etirazçı tərəfindən sərt qarşılanıb. Xatırladaq ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə mia.az-a açıqlamasında, Musa Rahimin polis kapitanı Elsevər Nifəliyev tərəfindən bu yaxınlarda təhdid edilməsi faktını təkzib edərək, hadisə ilə bağlı aşağıdakı fikirləri deyib: ?Agentlikdə dərc olunan xəbərdən sonra araşdırma apardıq. Aydın oldu ki, o, macərə axtaran bir insandır. Tez-tez ictimai diqqəti özünə cəlb eləmək üçün müxtəlif belə aksiyalara əl atır, gah evinin damına, gah divarlarına şüarlar yazaraq, orjinal aksiyalar keçirməyə meylli bir adamdır. İndi də yaşadığı evinin üstünə bir şüar vurub, guya uşaqların hüquqlarını qorumağa çalışdığını bəyan edir. Bununla bağlı bir neçə dəfə sahə rəisi Elsevər Niftəliyev onunla proflaktik söhbətlər aparmağa çalışıb. Lakin o, xoşniyyətli bu söhbətlərdən şou düzəltməyə cəhd edərək, polisin nüfuzuna xələl gətirən açıqlama yayıb. Bildirirəm ki, polis kapitanının onu guya təhdid etməsi barədə iddiaları tamamilə yalan və böhtandan ibarətdir?. DİN rəsmisi onu da bildirib ki, Musa Rahim barəsində bir neçə il əvvəl xuliqanlıq maddəsi ilə həbs cəzası da olub: ?5 il buna görə məhkumluq həyatı da yaşayıb. Belə bir adamın yenidən polisə böhtan atmasına təəssüflənirik?. İmişlidə evinin üzərinə ?Mərkəz, uşaq baxçasını məsum körpələrə qaytar!!? şüarı vuraraq, mayın 10-dan aclıq aksiyasına başlamış Musa Rahim isə Daxili İşlər Nazirliyinin bu açıqlamasına sərt etirazını bildirib. O, əlində video-fakt olduğunu da açıqlamasına əlavə edib. Musa Rahimin bu gün mia.az-a göndərdiyi açıqlamanı olduğu kimi dərc edirik: ?Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadəyə xatırladım ki, 23-08-2007 ci ildə İmişlidə baş alıb gedən ədalətsizliyə qarşı apardığım mübarizəyə görə, bu özbaşına məmləkətin qanunlardan bixəbər mafioz hakimiyyətinin sifarişi əsasında 15 polisin şər və böhtanları ilə 5 il müddətinə həbs edildim. İki il yarım siyasi məhbus həyatı yaşayandan sonra siyasi əsirlikdən azad edildim. Bu qədər təzyiqlərə baxmayaraq, bu gün də öz ədalətli mövqeyimi açıq şəkildə nümayiş etdirərək yalançı, fırıldaqçı rejimin haqsızlığına qarşı mübarizəmi daha obyektiv şəkildə davam etdirirəm. Hal-hazırda evimin damına qaldırdığım şüarları düşürmək üçin mənə və ailə üzvülərimə qarşı təzyiqlər və təhlükə səngimək bilmir. Artıq polisin qeyri-rəsmi dəvətlərini rədd etdiyim üçün mənə növbəti şərləmə ssenarisi hazırlanır. Mən daxili işlər naziri Ramil Usubova buradan bəyan edirəm ki, sizin tabeçiliyinizdə olan polisin açıq şəkildə bu cinayətkar rejimin şillə vuranına və qanqsterinə çevrilməsini özümə və ailə üzvlərimə böyük bir təhlükə hesab edirəm. Bu təhdidlər məni heç də tutduğum mövqeyimdən döndərə bilməz. Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə, siz mənə cavab verin, əgər bir generalın verdiyi rütbəni Musa Rahimi şərləməkdən ötrü ayaqlar altına atırlarsa, siz özünüz buna necə qiymət verirsiz? Mən sizlərdən fərqli olaraq, böhtan atmaq və yaxud da kimisə şərləmək bacarığına malik deyiləm. Mən sizinlə istənilən mətbu orqanda üzbəüz bu məsələlər barədə açıq diskussiyaya hazıram. Sizi bilmirəm, şəxsən mən, pərişan oldum. Çünki cəmiyyətə xidmət edən kəs mətbuata yalan danışmaz, yazıqlar olsun. Halbuki, üzr istəməniz, böyüklük olardı. Ümüdvaram ki, mənim haqqımda ətraflı araşdırma aparıb, verdiyiniz açıqlamanın yalnız yalandan ibarət olduğunu etiraf edəcəksiniz. Tanrı günahlarınızı bağışlasın?. #601;n sizl

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA