Daxili izlər Nazirliyi izçisinin müdafiəsinə qalxdı

img

20-05-2012 [12:50]


Binəqədi rayon Polis İdarəsinin 4-ci Polis Bölməsinin iki polis serjantı və onları buna təhrik edən cinayət axtarış şöbəsinin kapitanı Araz Behbudovdan şikayətçi olan Binəqədi rayonu, Faiq Rüstəmov küçəsi ev 44-də yaşayan Böyük Vətən Müharibəsi veteranı Vəli Əmiraslanovun daxili işlər naziri Ramil Usubova şikayətinə baxılıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib ki, 78 yaşlı ağsaqqalın iddia etdiyinin əksinə olaraq, ona polis əməkdaşları tərəfindən təzyiq edilməyib: ?Vətəndaş Vəli Əmiraslanov deyir ki, guya polis əməkdaşları onu xəstəxanalıq ediblər. Bu yaşda bir insanın belə yalan açıqlamasına təəssüflənməklə bərabər, qeyd edim ki, onun dediklərindən fərqli olaraq, Araz Behbudov 6-cı Polis Bölməsinin baş əməliyyat müvəkkilidir, polis mayorudur. Elə bu fakt da onu göstərir ki, Vəli kişi düz danışmır. Sadəcə Araz Behbudovun yaxınlarının o ərazidə obyektləri var. Digər tərəfdən, Araz Behbudov həmin ərazidə yaşamır ki, o ərazi üzrə hadisə yerinə polis əməkdaşları göndərsin. Bu və ya digər məqamlar da göstərir ki, 78 yaşlı kişi yaşına yaraşmayan yalanlar danışıb?. Nazirlik rəsmisi deyib ki, Vəli Əmiraslanovun şikayəti əsasında ərazidə dəqiqləşdirmə aparıblar: ?Bəlli olur ki, o, əsasən ərazidə aparılan tikinti işlərindən və yolların maşınlar tərəfindən kəsilməsindən daha çox narazıdır. Həmin tikili sahiblərinin əllərində sənədləri var, qanuni işləyirlər. Bundan əlavə, ərazidə bir neçə yerdə mağazalar var, kimlərsə düşüb, mağazaya gedirsə, buna kim nə deyə bilər ki??. Sonda DİN rəsmisi şikayətçinin Böyük Vətən Müharibəsi veteranı olmasını da şübhə altına alıb: ?Axı, həmin vaxtı Vəli Əmiraslanovun 11 yaşı olub. Bu yaşda necə müharibə veteranı olmaq olar??. Xatırladaq ki, daxili işlər naziri Ramil Usubova müraciət edən Vəli Əmiraslanov Araz Behbudovun göstərişi ilə iki polis serjantının polis şərəfinə və təlimatlarına uyğun olmayan şəkildə ona qarşı kobudluq etdiyni bildirir. 78 yaşlı kişi yazır ki, polislərin kobudluğu səbəbindən xəstəxanalıq olub: ?Amma yaşadığım evin sağ tərəfini zəbt edən ?Mətin? şadlıq evinin sahibi, özünü 4-cü Polis Bölməsinin cinayət axtarış şöbəsinin əməkdaşı kimi təqdim edən Araz Behbudov və sol tərəfində isə yüksəkmərtəbəli yaşayış binası tikən tovuzlu iş adamı Azad İsmayılovun, o cümlədən adıçəkilən pullu şəxslərin təhriki ilə mənə qarşı kobud rəftar edən polis serjantları ilə bağlı heç bir tədbir görülmür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA