?Eurovision?a görə bağlanacaq yollar

img

19-05-2012 [01:57]


Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ?Eurovision? yarışması ilə əlaqədar mayın 19-dan 28-dək paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Qeyd edilib ki, Bakı şəhərində 9 gün bağlanan yollar bunlardır: Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Bayıl istiqamətinə gedən yol, "20-ci Sahədən" Bayıl istiqamətinə və Bayıl qəsəbəsindən Neftçilər prospektinə doğru gedən yol, Bülbül və Azadlıq prospektləri ilə Nizami küçəsinin kəsişmələrindən Neftçilər prospektinə doğru, Niyazi küçəsindən Neftçilər prospektinə gedən yol, İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsindən Əziz Əliyev küçəsi istiqamətində, Yusif Səfərov küçəsindən 28 May küçəsinə gedən yol və eyni zamanda Afiyəddin Cəlilov küçəsinin kəsişmələrindən Üzeyir Hacıbəyov küçəsinə doğru bütün istiqamətlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. DYP-dən bildirilib ki, "Eurovision 2012" müsabiqəsində tədbir iştirakçılarının daşınması üçün paytaxtda 5 məntəqə yaradılıb. Səməd Vurğun parkının yanında, Azadlıq meydanında, Muzey Mərkəzinin yanında, Azneft meydanında, "Dalğa Plaza"nın yanında yaradılan məntəqələrdə avtobuslar tədbir iştirakçılarını daşıyıacaq. #601;f

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA