Ərdoğanın silahdazı qətlə yetirildi

img

17-05-2012 [09:58]


Türkiyədə AKP (Hakim Ədalət və İnkişaf Partiyası) Şırnak şəhər nümayəndəliyinin sədr müavini Əli Qılınc silahlı hücuma məruz qalıb. Hücum nəticəsində ağır yaralanaraq Şırnak dövlət xəstəxanasına çatdırılan 48 yaşlı Qılıncın həyatını xilas etmək mümkün olmayıb. Hadisə barədə məlumat verən AKP şəhər təşkilatının sədri Rizgin Birlik hadisənin Əli Qılıncın evinin qarşısında baş verdiyini deyib. ?Məncə Əli Qılıncın düşməni yox idi. Bu hadisəni törədənləri pisləyirəm. Qətlin siyasi səbəblərlə olduğunu hesab etmirəm. Hadisəni törədənlərin tez yaxalanmasını və cinayətin aydınladılmasını təmənna edirəm? ? deyə sədr Birlik bildirib.#231;atd

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA