Daxili izlər Nazirliyinin Polis Akademiyası məhkəməyə verildi

img

16-05-2012 [10:17]


Daxili İşlər Nazirliyinin Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Polis Akademiyası ?Azərsu? ASC tərəfindən məhkəməyə verilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, nazirliyin ali akademiyasının məhkəməyə verilməsinin səbəbi istifadə edilmiş suyun pulunun ödənilməməsidir: ?2 saylı İnzibati-İqtisadi Məhkəməsində qaldırılan iddia tələbləri üzrə çıxarılmış qətnamə ASC rəhbərliyini qane etməyib. Bu səbəbdən də apellyasiya şikayəti verilib. Hazırda şikayət hakim Nurəddin Mustafayevin sədrliyi ilə araşdırılma mərhələsindədir?. Məlumata görə, ?Azərsu? Polis Akademiyası ilə təqribən 75 min manat borcun davası aparır: ??Azərsu?yun rəhbərliyi Daxili İşlər Nazirliyinin Polis Akademiyasının hesabından əsas borc, peniya və dövlət rüsumu da daxil olmaqla, ümumilikdə cəmi 74.283,43 manat məbləğində borcun iddiaçının xeyrinə tutulmasını tələb edir?. Sonda isə bildirilib ki, hakim Nurəddin Mustafayev iş üzrə mayın 17-ə proses təyin edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA