Qaralovun qovduğu ?pomprokuroru?u təxribata çəkiblər

img

13-05-2012 [11:47]


Baş prokuror Zakir Qaralov Gəncə şəhər prokurorunun böyük köməkçisi Fuad Həsənovu tutduğu vəzifədən azad edib.Məlumatlara görə, Zakir Qaralovun bu addımına səbəb Fuad Həsənovun polislə mübahisə etməsi olub. Məlumatlarda bildiririlir ki, bir neçə gün əvvəl Fuad Həsənov avtomobilini içkili vəziyyətdə idarə edərkən yol-hərəkəti qaydalarını kobud şəkildə pozub. Bu baxımdan Gəncə şəhər Yol Polisi Idarəsinin post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Fuad Həsənov yol polisləri tərəfindən saxlanılmasından hiddətlənib və mübahisəyə başlayıb. Prokuror köməkçisi nizam-intizama dəvət edilməsinə məhəl qoymayıb. Polislər onu Nizami rayon Polis Şöbəsinə aparmaq məcburiyyətində qalıblar. Məsələ barədə yuxarı orqanlara da məruzə olunub. Məsələyə Respublika Prokurorluğu səviyyəsində münasibət bildirilib və Zakir Qaralovun müvafiq əmrilə F.Həsənov vəzifəsinən kənarlaşdırılıb, prokurorluq orqanlarından xaric ediliblər. Müstəqil İnformasiya Agentliyinin əldə etdiyi məlumatda isə bildirilir ki, prokuror köməkçisi ilə yol polisləri arasında düşən mübahisənin səbəbi, əslində, yayılan xəbərdə iddia olunan kimi deyil. Belə ki, prokurorun təxribata məqsədli şəkildə çəkildiyi bildirilir. Prokurorun avtomobilini saxlayan yol polisləri maşının çirkli olmasını irad tutmaqla bərabər, onu təxribata çəkiblər. Bu zaman tərəflər arasında kəskin ?söz atışması? yaranıb. Bu isə xeyli müddətdir prokuror köməkçisi ilə ?haqq-hesab? çəkmək məqsədində olanlara fürsət verib. Yəni,o, iddia edildiyi kimi içkili olmayıb. Sadəcə, təxribatın qurbanı olub. Bu və ya digər olayla bağlı agentliyə daxil olan məlumatları dəqiqləşdirməyə çalışırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA