Polis cinayəti ört-basdır edir

img

11-05-2012 [05:26]


Bir neçə gün öncə İmişli rayon sakini Xudiyev Eldəniz Yusif oğlunun hüquq-mühafizə orqanlarının əməkdaşlarının gözü qarşısında vəhşicəsinə döyülməsi barədə xəbər portalımıza məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Eldəniz Xudiyev polis əməkdaşlarının iştirakı ilə amansızcasına döyüldükdən sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ancaq bu hadisə barədə yuxarılar xəbər tutmasın deyə məsələ ört-basdır edilərək müvafiq qurumlar məlumatlandırılmayıb. ?AzeriNews.org?-a daxil olan məlumatlarda qeyd edilir ki, döyülən vətəndaş Bakıda müxtəlif obyektlərdə günə muzd soyutma-isitmə sistemlərinin quraşdırlıması ilə məşğul olur. Lakin son dəfə Bakının Nəsimi rayonu, Seyidzadə 30A ünvanında quraşdırılan soyutma-isitmə sistemləri Eldəniz Xudiyevə baha başa gəlib. Bildirilir ki, sözü gedən ünvanın Əlqəm adlı sahibi işinə görə 14,000 min manat pulunu tələb edən vətəndaşa əməlli başlı toy tutub. Əlqəm adlı şəxs özünün yaxın ətrafı ilə bərabər sahə müvəkilli Teymur Hacıyevin və 19-cu polis bölməsinin əməliyyatçısı Ə.Muradovun gözləri qarşısında Eldəniz Xudiyevə işgəncə verərək döyüblər. Ancaq sözü gedən işğəncə səhnəsini polis əməkdaşları müdaxilə etmədən sükütla izləyiblər. Lakin məsələ bununla bitməyib. Ürəkləri soyumayan polis əməkdaşları və Əlqəmin dəstəsi Eldəniz Xudiyevi 19-cu polis bölməsinə apararaq orda işgəncənə xarakterli ?teatr? səhnəsi qurublar. Bu səfər vətəndaş sözü gedən polis bölməsində ?futbol topuna? dönüb. ?AzeriNews.org?-un əldə etdyi məlumatlaradə bildirilir ki, vəhşicəsinə döyülən vətəndaş Eldəniz Xudiyev hal hazırada Kliniki Tibbi Mərkəzinin 4-cü korpusunun 304 saylı palatasında müalicə alır. Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə ilə əlaq yaratdır. Orxan Mənsurzadənin sözlərinə görə, hal hazırda onun bu hadisə ilə bağlı məlumatı yoxdur. O.Mənsurzadə bundan əlavə qeyd edib ki, əgər Klinik Tibbi Mərkəzdən hadisə ilə bağlı hüquq-müfahizə orqanlarına məlumat daxil olarsa məsələ ciddi araşdırılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA