Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərginləzib

img

10-05-2012 [10:54]


Cəbhədə vəziyyət gərginləşib. Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 9-da saat 10.15-dən 10.45-dək, 14.55-dən 15.35-dək, 15.05-dən 15.48-dək və 17.30-dan 18.35-dək intensiv olaraq Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Mososqerx və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli və Qaralar kəndlərində, saat 22.30-dan 22.40-dək Ermənistanın İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 10.30-dan 10.40-dək və mayın 10-da 00.20-dən 00.25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi, saat 00.30-dan 00.35-dək Tərtər rayonunun Qızıloba kəndi, saat 02.00-dan 02.10-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətidnən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA