Bakıda bəzi yollarda hərəkət məhdudlazdırılacaq

img

08-05-2012 [10:45]


Mayın 9-dan 13-dək paytaxtda və respublikanın bəzi rayonlararası yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Dövlət Yol Polisi İdarəsindən verdiyi məlumata görə, Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş beynəlxalq velosiped turniri ilə əlaqədar mayın 9-da paytaxtın bir sıra ərazilərində, o cümlədən, Azadlıq meydanı, Neftçilər prospekti boyunca Azneft dairəsində, Nobel prospekti və Zığ şossesində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Mayın 10 və 12-də isə Bakı-İsmayıllı, mayın 11-də isə Qəbələ-Şəki yolunda nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq. Dövlət Yol Polisi həmçinin sürücülərdən xahiş edir ki, qeyd olunan günlərdə həmin istiqamətlərdə fərdi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA