Medvedev Rusiyanın baz naziri oldu

img

08-05-2012 [10:19]


Rusiya Federasiyası Dövlət Dumasının növbədənkənar iclasında Dmitri Medvedevin baş nazir vəzifəsinə təyinatı təsdiq edilib. ?RİA Novosti?nin verdiyi məlumata görə, Medvedevin hökumət başçısı təyin olunması proseduru prezident Vladimir Putinin bu gün müvafiq qərarı imzalamasından sonra başa çatıb. D.Medvedevin baş nazir təyin olunmasının lehinə 299 deputat, əleyhinə isə 144 deputat səs verib. Bitərəf qalan olmayıb. Qeyd edək ki, prezident Putin parlamentin aşağı palatasına Medvedevin namizədliyini özünün inauqurasiya mərasimindən dərhal sonra irəli sürüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA