Rusiyadan Qarabaga dair yeni açıqlama

img

10-04-2012 [09:38]


Rusiyanın tanınmış politoloqu Vitali Trofimov vesti.az-a müsahibə verib. Politoloq Qarabağ münaqişəsi və Vladimir Putinin təzədən prezident seçilməsindən sonra Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri mövzusunda sualları da cavablandırıb. Ermənistanda mayda gözlənilən parlament seçkilərinin nəticələrinin münaqişənin həllinə mümkün təsirlərindən danışan ekspert deyib: ?Əvvəla seçkilərdən sonra parlamentin tərkibinin güclü şəkildə dəyişəcəyini söyləmək çətindir. Yeni qanunverici orqanda mühafizəkar qüvvələrin üstünlük təşkil etməkdə davam edəcəyini isə böyük ehtimalla söyləmək olar. Prezident də yenə o qüvvələrə istinad edəcək?. Onun fikrincə, təzə parlamentdə qüvvələr nisbəti əslində sırf taktiki, ölkədaxili önəm daşıyacaq: ?Strateji planda, o cümlədən Dağlıq Qarabağ problemi ilə bağlı erməni tərəfinin mövqeyində hansısa ciddi dəyişikliklərin olacağını gözləməyə dəymir?. Putunin prezident postuna qayıdışı ilə konfliktin həllində irəliləyişlərin olub-olmayacağına gəlincə, rusiyalı politoloqun cavabı bir qədər orijinal olub. Trofimov deyib: ?Vladimir Putin siyasi xarakter etibarilə də əsl dzü-doçüdur. Dzü-donun əsas ideyası az qüvvə sərf eləməklə situasiyadan maksimum uduş götürməkdir. Yəni tələb, sifariş yoxdusa, o, özü təklif vermir, təklif formalaşdırmır. Əgər konflikt həll olunmursa, Putin tərəflərin siyasi mənada münaqişədən ?yorulmasını" gözləməyi üstün tutacaq. Bunu biz Dnestryanı konflikt nümunəsində görmüşük. ?Kozak memorandumu? o vaxt ortaya çıxdı ki, münaqişə tərəfləri problemdən bezdilər və bir-birinə qarşı addım atmağa hazır oldular". Ekspert hesab edir ki, Qarabağ vasitəçiliyində Rusiyanın yeni-köhnə prezidenti az fəallıq göstərəcək, ancaq zamanı gələndə onun administrasiyası həlledici təkliflər irəli sürə bilər: ?Ola bilsin bu, o zaman olacaq ki, Minsk Qrupu öz vasitəçilik imkanlarını tükədəcək. Bu, tamamilə onun stilində olardı...? Rusiyalı ekspertin fikirləri ilə müəyyən mənada razılaşmaq olar. Ancaq onun Dnestryanı münaqişə ilə Dağlıq Qarabağ konfliktini müqayisə eləməsi elə xeyli dərəcədə qüsurludur. Ən azı ona görə ki, Dağlıq Qarabağ Kreml üçün olduqca strateji, Rusiyanın ?yumşaq qarınaltısı? sayılan bir bölgədə, Qərb-Rusiya, Rusiya-İran və Rusiya-Türkiyə maraqlarının toqquşduğu nöqtədə yerləşir. Şübhəsiz, Qarabağ ixtilafı həm də Azərbaycanla Ermənistanı, demək, bütövlükdə bölgəni Qərbə, azad dünyaya, NATO-ya inteqrasiyadan saxlamaq üçündür. Moskva bu maraqları gizlətmir, yeri gələndə ?yaxın qonşuları? təhdid belə eləməkdən çəkinmir. Rusiyanın 2008-ci ilin avqustunda heç bir beynəlxalq norma gözləmədən, baş nazir Putinin göstərişi ilə Gürcüstana hərbi müdaxiləsi bunun əyani təsdiqi idi. Şimal qonşumuz bununla növbəti dəfə nümayiş etdirdi ki, Güney Qafqazdan, Qarabağ münaqişəsindən gözləntiləri çox böyükdür və bu gözləntilər reallaşmayınca problemin həllinə töhfə verməyəcək - hətta Dağlıq Qarabağın Ermənistana verilməsi hesabına belə həllə razı olmayacaq. Üçüncü yandan, heç Dnestryanı münaqişə də bu günədək ədalətli həllini tapmayıb. Demək, SSRİ-ni ?Avrasiya İttifaqı? adı altında bərpa eləməyi qarşısına məqsəd qoyan Putinin Qarabağ məsələsində daha konstruktiv, daha təşəbbüskar olacağını, ?Avrasiya İttifaqı"ndan imtina edən Azərbaycana qarşı daha ədalətli mövqe sərgiləyəcəyini gözləməyə dəymir. Xarici işlər naziri Sergey Lavrovun son Bakı səfəri və Azərbaycana çatdırdığı hədələyici mesajlar qənaətimizə şübhə yeri qoymur. Zatən rus politoloq da dolayısıyla buna işarə edib. ?Putin problemin həllində fəallıq göstərməyəcək?. Halbuki konfliktin həlli üçün Moskvaya cəmi bircə həftə kifayət edər. Üstəlik, Minsk Qrupu özünü çoxdan tükədibsə... "Yeni Musavat"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA