Hilari Klinton Hindistana səfər edib

img

08-05-2012 [12:51]


Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hilari Klinton Hindistana səfər edib. Paytaxt Dehlidə keçirilən görüşdə Klinton İran məsələsini müzakirə edib. Klionton qeyd edib ki, Hindistan İrandan neft idxalına məhdudiyyət qoymalıdır. Onun sözlərinə görə, dünya bazarında neft mənbələri kifayət qədərdir və Hindistan asanlıqla bu bazarda İran neftinə alternativ mənbə tapa bilər. Qeyd edək ki, ABŞ İranın nüvə proqramı məsələsində dünya ictimaiyyəti qarşsında açıq mövqe sərgiləməsini tələb edir, əks halda isə İran rəhbərliyinə qarşı təzyiqlərini davam etdirəcəyini bildirir. İran Hindistanın neft tələbatının cəmi 9 faizini ödəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA