Türkiyə Suriyaya ordu yeritməyə hazırlazır

img

26-04-2012 [12:33]


Türkiyənin Baş naziri ?əl-Cəzirə? telekanalına müsahibə verib. O,Suriyadakı Bəşər Əsəd rejiminin törətdiyi əməllərin İslam prinsip və dəyərlərinə zidd olduğunu deyən Ərdoğan bu ölkədə cərəyan edən prosesləri yaxından izlədiklərini qeyd edib.Baş nazir Bəşər Əsədin etdiklərinə düşmən olduqlarını, belə ki, Suriya rejiminin xalqla davranışının bəşəri prinsiplərlə üst-üstə düşmədiyini bildirib. Habelə o, ölkəsinin sərhədlərinin Suriya ordusu tərəfindən pozulması hallarının davam edəcəyi təqdirdə NATO-ya üzv olan ölkə kimi lazımi addımların atılacağını vurğulayıb. Yzni müharibəyə başlayacaqlarına işarə vurub. Türkiyənin Suriyadakı vəziyyətdən ciddi narahatlığını ifadə edən Baş nazir baş verənlərdən dolayı bu ölkədəki müxalif qüvvələrin yanında olacaqlarını deyib. Ərdoğan indiyədək 25 mindən çox suriyalının Türkiyəyə sığındığını xatırladaraq, bütün qərarların Suriya xalqının mənafeyini nəzərə alınaraq, qəbul edildiyini xüsusi qeyd edib. Baş nazirin bu açıqlamasından dərhal sonra bəzi ekspertler Türkiyənin Suriyaya ordu yeritməyə hazırlaşdığı haqda danışmağa başlayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA