Generalın oğlu mazın oğurluğunda tutuldu

img

01-05-2012 [10:52]


Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb.Məlumata görə, oğruların hədəfi yenə də ?Jiquli?lər olub. Qeyd edək ki, Nəsimi polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan 26 yaşlı Məmmədov Royal Bilal oğlu və 20 yaşlı Beydullayev Amin Məmməd oğlu paytaxtın Nəsimi rayonunda bir avtomaşının təkərinin oğurlunmasına cəhd etdikləri zamanı ələ keçsələr də, sonrakı araşdırmalar həmin şəxslərin buna bənzər bir neçə əməllərini də üzə çıxarıb. Aminlə Royalın səmimi etirafına görə, ümumilikdə onlar yeddi bu cür fakta imza atıblar. Hər dəfə də maşınlardan maqnitofon, işıqlar və ya təkərlər götürülüb. Oğurluqların biri isə Bakının Binəqədi rayonundan edilib. Məlumat üçün bildirək ki, 20 yaşlı Amin Beydullayev silahlı qüvvələrin baş inspeksiyasının rəisi general mayor Məmməd Beydullayevin oğludur. Faktla bağlı isə hər iki şəxs barəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam edir. anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA