Qətlə yetirilən prorektorun ölümünə izıq salan yeni müəmmalar

img

30-04-2012 [01:41]


Elm və Təhsil Mərkəzi ?Təfəkkür? Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı başlanmış cinayət işinin istintaqı zamanı şok faktlar ortaya çıxması barədə məlumat vermişdik. Bildirmişdik ki, Tariyel Əhmədovun qətlilə bağlı aparılan araşdırmalar zamanı mərhumun evindən onunla ?Yüksəliş-C? MTK-nın sədri Cahangir Alıhov arasında bağlanmış müqavilə tapılıb (müqavilənin surəti redaksiyamıza təqdim edilib). Həmin müqavilədə göstərilir ki, Tariyel Əhmədov adıçəkilən MTK-ya məxsus binadan 200 kvadrat metrlik sahə alıb. Sənəddə həmin sahə market kimi qeyd edilib. Tariyel Əhmədov bu marketə görə MTK-ya 368 min 600 manat pul ödəyib. Istintaq bu məsələni araşdırarkən ortaya şok fakt çıxıb. Bəlli olub ki, 2008-ci il noyabrın 20-də Tariyel Əhmədovla müqavilə bağlayan Cahangir Alışov bir gün əvvəl ?Yüksəliş-C? MTK-dakı payını Süleyman Tağıyev adlı şəxsə satıb. Bununla əlaqədar kooperativin hüquqi sənədlərini, möhür və ştampını Xaləddin Bağışov adlı şəxsə təhvil verib. Tərəflər arasında təhvil-təslim aktı imzalanıb (aktın surəti redaksiyamıza təqdim edilib). Qeyd etmişdik ki, istintaq hazırda bu məsələ ətrafında ciddi araşdırma aparır. Onu da vurğulamışdıq ki, Xaləddin Bağışov Respublika Prokurorluğuna müraciət ünvanlayıb. Həmin müraciətdən bəlli olur ki, Cahangir Alışov Tariyel Əhmədovdan başqa daha 24 nəfərlə oxşar müqavilələr bağlayıb. Dünən həmin şəxslərin adları redaksiyamıza bəlli olub. Beləliklə Cahangir Alışovun Tariyel Əhmədovdan başqa aldatdığı 24 nəfər şəxs aşağıdakılardır: 1. Babayeva Mərifə - 37 min manat 2. Qurbanov Nəbi - 71 min 876 manat 3. Zeynalova Yeganə - 60 min 450 manat 4. Haşımov Məhəmməd - 94 min 680 manat 5. Kərimov Şakir - 53 min 907 manat 6. Məmmədov Eldar- 85 min 144 manat 7. Məmmədov Eldar - 40 min 800 manat 8. Bərxudayeva Könül - 40 min 800 manat 9. Fərzullayeva Səbinə 22 min 340 manat 10. Kərimov Şakir- 66 min 553 manat 11. Qasımov Zərrintac - 42 min 280 manat 12. Ismayılov Kamran - 27 min 200 manat 13. Babayev Səxavət - 28 min 400 manat 14. Səbzəliyev Qalib - 38 min 160 manat 15. Ömərli Hüseyn - 58 min 720 manat 16. Qasımov Çingiz - 28 min 400 manat 17. Qasımov Çingiz - 33 min 440 manat 18. Qəmbərov Səxavət - 47 min 700 manat 19. Bağırov Fəxrəddin - 50 min manat 20. Muradova Esmira- 42 min 240 manat 21. Əliyev Zaur - 9 min 215 manat 22. Qarayeva Yegan - 25 min manat 23. Faiq - 25 min manat 24. Əhmədov Tariyel 368 min manat 25. Əliyeva Mətanət 3 ədəd saxta sənədlə mənzil verib. "Azadlıq" qəzeti

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA