Azərbaycanda daha bir korrupsiya faktı azkarlanıb

img

24-04-2012 [10:51]


Daha bir korrupsiya faktı aşkarlanıb. Baş Prokurorluğun yaydığı məlumatda deylir ki, ?Meyniman-1? MMC-nin rəhbəri Həmidxan Mürvətov Əmlak Məsələləri Dövlət Komitəsinin mövcud olmayan sərəncamını əsas kimi götürərək Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində 96 min manat dəyərində 10 km uzunluğunda istifadə olunmayan və istifadəyə yararsız su kəməri xəttinin saxta alqı-satqı müqaviləsini hazırlayıb. Boru kəmərləri Göyçay suvarma sistemləri idarəsinin balansında olduğundan planlaşdırdığı ağır cinayəti həyata keçirmək məqsədilə H.Mürvətov həmin müqaviləni qeyd edilən idarəyə təqdim etməklə kəmərin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən guya ona satıldığını və söküb aparacağını bildirib. Bundan sonra H.Mürvətov işin texniki cəhətdən həyata keçirilməsi üçün hazırlıqlar görərək metalın kəsilməsində istifadə olunacaq avadanlıq və texnikanı Qaraməryəm kənd sakini Quliyev İlqar Ağaqulu oğlunun həyətinə gətirərək külli miqdara özgə əmlakını ələ keçirməyə cəhd edib. Faktla bağlı ?Dələduzluq yolu ilə qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgə əmlakını ələ keçirməyə cəhd? və ?Vəzifə saxtakarlığı? maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaq davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA