Kolumbiya Xocalını soyqırım kimi tanıdı

img

23-04-2012 [04:57]


Kolumbiya Senatında Azərbaycan torpaqlarının işğalı haqqında sənəd qəbul edilib.Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. Senatın qəbul etdiyi sənəddə Xocalıda baş vermiş cinayət soyqırım adlandırılıb. Sənədə əlavədə Azərbaycana qarşı təcavüz siyasətinin tarixi, Azərbaycanın mövqeyi, Qarabağ və ətrafındakı 7 rayonun ermənilərin işğalı altında olduğu, 1 mln-a yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyü bildirilir, əhaliyə qarşı zorakılıq, insan hüquqlarının pozulması pislənilir. E. Abdullayev bildirib ki, Latin Amerikası ölkələri arasında Meksikadan sonra Kolumbiya da Xocalıda baş verən hadisələrə soyqırım kimi qiymət verib. Qərar senatdan öncə onun 2-ci konstitusional daimi komitəsində irəli sürülüb. Tələb olunan 102 səs toplanıb və sənəd yekdilliklə qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA