Putinlə Medvedev 1 mayı pivəxanada qeyd etdi

img

01-05-2012 [04:58]


Bu gün Moskvada 1 may aksiyaları keçirilib. Həmkarlar təşkilatlarının və ?Vahid Rusiya? partiyasnın təşkil etdiyi yürüş-aksiya sovet ənənələrində qeyd edilib. Mitinqin şüarları: ?Biz gücük!?, ?Zəhmətkeşlər Putin və Medvedev tərəfdarıdır?, ?Yaz gəldi-bataqlıq qurudu. Teatralnı meydanında isə kommunistlər öz mitinqini keçirib. Mitinq ?Sosializm qalib gələcək!?, ?Seçkilər loxatron deyil? şüarları ilə yadda qalıb. Peterburqda isə müxalifət partiyası ?Başqa Rusiya?nın və millətçilərin birgə aksiyası olub. 1 may yürüşündə iştirak edən prezident Medvedev və Putin mitinqi ?Jiquli? pivəxanasında baş çəkiblər. Çips, fıstıq, osetin piroqları düzülmüş stol qonaqları hazır gözləyib. Qəlyənaltılar tandemin xoşuna gəlməyib. Medvedev qaynadılmış kartofla siyənək balığı, Putin isə qızardılmış kartofla qoyun kolbasası sifariş edib. Hər ikisi filtrlənməmiş ?Jiquli? pivəsi sifariş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA