13 yazlı məktəbli qız intihar etdi

img

19-04-2012 [11:19]


Tovuzda 13 yaşlı məktəbli qız intihar edib. Rayon prokurorluğundan məlumata görə, aprelin 18-də saat 16:00 radələrində rayonun Aşağı Mürgüllü kəndində 1999-cu il təvəllüdlü Məsmə Quliyeva yaşadığı evin həyətindəki qoz ağacından özünü asaraq intihar edib. Rayon prokuroru Fəxrəddin Məmmədov Trend-ə bildirib ki, Quliyeva irsi qan xəstəliyindən - hemofiliyadan əziyyət çəkib. Hemofiliya xəstəsi kimi bir neçə ildir qeydiyyatda olub. Onun üzərində bir neçə dəfə əməliyyat aparılıb, dalağı çıxarılıb. İntihar etməsinə də ilkin səbəb kimi bu xəstəlikdən əziyyət çəkməsi göstərilir. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA