Nazirlik ?Şərurlu isfəndiyar?ı məhkəməyə verdi

img

18-04-2012 [11:06]


Ölkədə ?tikinti kralı? kimi tanınan ?Şərur? Mənzil-Tikinti Kooperativinin rəhbəri, ?Şərurlu İsfəndiyar? ləqəbli işadamı İsfəndiyar Axundov Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə yanaşı, Vergilər Nazirliyinin də hədəfinə tuş gəlib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, işadamının bir çox mənzil sahiblərinə qarşı fırıldaqlarının Baş Prokurorluğun müvafiq idarəsində araşdırıldığı bir dönəmdə, Vergilər Nazirliyi də ?Şərur? MTK-dan yayındırdığı vəsaitlərin ödənilməsini tələb etməyə başlayıb. Artıq iş hüquqi müstəvidə dartışılır: ?Vergilər Nazirliyinin Bakı Şəhər Vergi Departamenti bir neçə ildir ki, ?Şərur? MTK-dan ödəməkdən yayındığı 42 min manata yaxın vergi borcunu tələb etsə də, müsbət nəticə olmayıb. Buna görə də iş məhkəməyə gedib. Amma 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində çıxarılan qətnamə tərəfləri qane etməyib və qətnamədən apellyasiya şikayəti verilib?. Hal-hazırda nazirliklə işadamının mübahisəsi Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə araşdırılır: ?Aprelin 17-də keçirilən iclas da hakim qərarını elan etməyib. Çox güman ki, qarşıdakı həftədə hakim Vergilər Nazirliyin şikayəti üzrə qərar verəcək?. Fakta tərəflərdən münasibət öyrənmək mümkün olmayıb. Bakı Apellyasiya Məhkəməsindən isə fakt təsdiqlənsə də, əlavə məlumat verməkdən imtina edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA