ARDNŞ prezidenti Rövnəq Abdullayev generala savaz açıb

img

17-04-2012 [01:36]


ARDNŞ prezidenti Rövnəq Abdullayevin tabeliyində olan və yaxın qohumu Əkbər Hacıyevin rəhbərlik etdiyi ?Azəriqaz? İstehsalat Birliyi general Mədət Quliyevin rəisi olduğu Ədliyyə Nazirliyi Penitensiar Xidmətini borca görə məhkəməyə verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məhkəmədən məlumat daxil olub. Bildirilir ki, qaz təsərrüfatının rəhbərliyi xidmət rəhbərliyindən istfadə olunmuş qaza görə yaranmış borcu tələb etsə də, əks tərəf bu borcun həddən artıq şişirdildiyini iddia edir. Buna görə də tərəflər arasındakı mübahisə məhkəmə müstəvisinə daşınıb: ?Lakin ?Azəriqaz?ın 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindəki iddia tələbləri əsassız sayıldığından, rədd olunub. Qurum bu qərardan şikayət verib. Hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə araşdırılır?. Məlumatda borcun dəqiq məbləğindən söz açılmasa da, prosesin aprelin 19-u, saat 12.00-da başlayacağı vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA