?Azərsu? ASC Bakı Şəhər icra Hakimiyyətini məhkəməyə verdi

img

16-04-2012 [11:10]


Qorxmaz Hüseynovun rəhbərlik etdiyi ?Azərsu? ASC Hacıbala Abutalıbovun rəhbərlik etdiyi Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. ?Azərsu?nun belə bir iddia ilə çıxış etməsinin səbəbi Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin istifadə etdiyi suyun pulunu ödəməsidir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, ASC-nin meriyaya qarşı ilkin iddiasına 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılsa da, qərar meriyanın xeyrinə çıxarılıb: ?Buna görə də qərardan apellyasiya şikayəti verilib və hazırda işə Bakı Apellyasiya Məhkəməsinin hakimi Valeh Ağayevin sədrliyi ilə baxılır?. Məlumata görə, Bakı Apellyasiya Məhkəməsində iki dövlət qurumunun məhkəmə çəkişməsinə aprelin 17-də start veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA