Sumqayıtda zavodda partlayız olub

img

09-04-2012 [11:11]


Sumqayıtda zavodda partlayış olub. MIA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hadisə Sumqayıt şəhərində Etilen Polietilen zavodunun E-12 şöbəsinin propilen qaz anbarında qeydə alınıb. Anbara qaz dolduran zaman vətəndaşa məxsus, həcmi 20 kub olan "KamAZ" markalı yük avtomobilində ani partlayış baş verib. Nəticədə avtomobilin çəni dağılıb, yaxınlıqda dayanmış digər "KamAZ" markalı qaz daşıyan avtomobillin ventili zədələnib və ətrafa qaz sızması baş verib. Yanğın hadisəsi və dağıntı olmayıb. Qəza vəziyyəti aradan qaldırılana qədər yanğın avtomobilləri yanğın-təhlükəsizlik tədbirləri məqsədi ilə hadisə yerində növbə çəkib. Partlayışın baş vermə səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA