Məhbusdan polis rəisinə zok ittiham

img

09-04-2012 [10:32]


Redaksiyamıza Pentensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Mehdiyev Aqşin Şahin oğlu tərəfindən şikayət məktubu daxil olub. Şikayətçi yazır ki, o, Ucar rayon Polis Şöbəsinin (RPŞ) rəisi Tahir Quliyev, onun müavini İlham Əhmədov və Ucar rayon Məhkəməsinin hakimi Çingiz İsgəndərovun qurduğu oyunun nəticəsi olaraq həbsxanaya düşüb: ?Ucar RPŞ-də qondarma cinayət işlərində günahsız insanların əleyhnə yalan ifadə verməyə həmişə məni vadar edib. Əks təqdirdə məni hədələyirdilər. Nəhayət, məni elə buna görə də CM-nin 315.1-ci maddəsi ilə şərləyib, Ucar rayon Məhkəməsinin 30.11.2011-ci tarixli hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etdirdilər. Guya mən Ucar RPŞ-nin bir neçə əməkdaşına hücum etmişəm. Halbuki, onlar paqonlarını qoparıb, sonrada məni şərlədilər?. Məhbus yazır ki, həbsi Ucar rayon sakini Fuad Oktay oğlu Hüseynovun əleyhinə yalan ifadə verməyə məcbur edilməyini etiraf edəcəyini bildirməsindən sonra planlanıb: ?Mən bir neçə yerdə Fuad Hüseynovun Ucar rayon məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti üzrə keçiriləcək məhkəmə iclasında etiraf ifadəsi verib, həqiqəti söyləyəcəyimi bildirdim. Hansı ki, guya F.Hüseynov 3 iyul 2010-cu il tarixdə, saat 18.00 radələrində Ucar rayon Poçt Şöbəsinin qarşısında Azad Hüseynov və Akif Səfərov adlı şəxsləri bıçaqla vurub, onları söyüb təhqir etməklə AR CM-nin 221.3-cü maddəsi ilə cinayət əməli törədib. O vaxtı Ucar RPŞ-nin rəis müavini İlham Əhmədov məni Fuad Hüseynovun əleyhinə şahid kimi ifadə verməyə məcbur etdi. Sonra Bakıya gedib etiraf ərizəsi yazıb, 16.09.2010-cu il tarixdə ibtidai istintaq aparan Ucar RPŞ-nin müstəntiqinə, prokurora, Baş prokuror Zakir Qaralova, Daxili işlər naziri Ramil Usubova, Prezident İlham Əliyevə, ombudsman və hüquq müdafiəçisi Çingiz Qənizadəyə göndərdim. Bundan sonra məni tutub şöbəyə gətirdilər. İşgəncə verərək, ərizəni mənim yazmadığım, bir sözlə, yalan olması haqda ifadə aldılar. F.Hüseynovun məhkəməsində də 20 nəfər polisin müşayiəti ilə yalan ifadə verməyə məcbur edildim. Həbs edildikdən sonra həmin vaxt saxlandığım 2 saylı İstintaq Təcridxanasından etiraf ərizəsi yazıb, Şirvan Apellyasiya Məhkəməsinə Fuadın apellyasiya şikayəti üzrə keçirilən məhkəmə iclasında dindirilməyimi xahiş etdim. 07.02.2012-ci il tarixində Şirvan Apellyasiya Məhkəməsində rəis müavini İlham Əhmədovun təzyiqi, hədə-qorxusu ilə Fuadın əleyhinə yalan ifadə verdiyimi söylədim, İndi rahatlaşmışam, günahsız insanın əleyhinə yalan ifadə vermək məni çox narahat edirdi?. Sonda məhbus polis rəisi, onun müavini və məhkəmə hakimi haqda şok faktlar da sadalayıb. Bu barədə isə qarşı tərəflərin fikrini öyrənə bilmədiyimizdən hələki yazmadıq. Növbəti saylarımızda tərəflərin mövqeyini də öyrənməyə çalışacağıq. ?Reytinq?

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA