Gəncədə silahlı insident, 2 ölü, 5 yaralı

img

06-04-2012 [11:39]


Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bildirib ki, Gəncədə nazirlik tərəfindən əməliyyat keçirildiyini bildirib. Hazırda əməliyyat davam etdiyindən, nazirlik ölən və yaralananlarla bağlı əlavə məlumat verməyib. Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasıından ANS PRESS-ə verilən məlumata görə, Gəncədə baş verən silahlı insident zamanı 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralananların 5-i də hüquq-mühafizə orqanlarının əməkdaşıdır. Ölənlərdən isə 1-i hüquq mühafizə orqanlarının əməkdaşı, digəri isə silahlı qruplaşma üzvüdür. *** Bu gün səhər saatlarında Azərbaycanın Gəncə şəhərində, Nizami rayonu Mahrasa bağı ərazisində silahlı qruplaşmalarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında silahlı insident baş verib.Gəncə Şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, silahlı insident qanunsuz silahlı qruplaşmanın zərərsizləşdirilməsi zamanı baş verib. İnsident zamanı hər iki tərəfdən ölənlər və xəsarət alanlar var. Bildirilib ki, hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. İdarədən insidentlə bağlı ətraflı məlumat verilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA