Neft Şirkəti icra Hakimiyyəti ilə məhkəmədə çəkizir

img

02-04-2012 [02:32]


ARDNŞ-in də pay sahibi olduğu və xarici sərmayədarların idarəçiliyində olan ?Binəqədi Oyl Kompany? şirkəti Binəqədi rayon İcra Hakimiyyəti ilə qəsəbə bələdiyyəsi ilə bir ildən çoxdur məhkəmədə hüquqi müstəvidə mübarizə aparır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə neft şirkətindən məlumat daxil olub. Məlumatda bildirilir ki, ?Binəqədi Oyl Kompany? şirkəti Binəqədi qəsəbə bələdiyyəsi hüdudlarında yerləşən 1 saylı mədənin 1611711 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində Əhmədov Bəhruz Qəzənfər oğlunun inşa etdiyi tikliyə sənədlər verdiyi üçün İcra Hakimiyyətinə qarşı cəbhə açıb: ?Bir ildən çoxdur ki, tərəflər arasındakı bu mübahisə davam edir. Təxminən bir ay əvvəl Ali Məhkəmə işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb və hal-hazırda sözügedən məhkəmədə hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə araşdırılır?. Faktı Bakı Apellyasiya Məhkəməsindən də təsdiqləyiblər və bildirilib ki, iş üzrə proses aprelin 4-ü keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA