Bakı polisi cinayətkar dəstəni zərərsizləzdirdi

img

29-03-2012 [12:01]


Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Tofiq Fərəcov, Vüsal İbrahimov, Fuad Həsənov və Samir Ramazanov martın 28-də yaxalanıblar. Müəyyən edilib ki, onlar martın 14-nə keçən gecə Yeni Günəşli qəsəbəsində yaşayan Ağasəf Əliyevə məxsus ?VAZ-21074? markalı avtomobili qaçırıb. Həmin avtomobil elə həmin gün saat 11 radələrində B. Nuriyev küçəsində qabaq hissəsi əzilmiş vəziyyətdə tapılıb. Dəstə üzvlərin həmin gün eyni ünvandan Rəşad Əbdülrəhimova məxsus ?VAZ-2106? markalı avtomobili də qaçırıb və saat 08:30 radələrində İ. Məmmədov küçəsində qoyaraq gediblər. Onlar martın 26-na keçən gecə isə Yeni Günəşli qəsəbəsində yaşayan Ruslan Qasımova məxsus "VAZ-2106" markalı avtomobil qaçırıb və həmin avtomobil saat 08:50 radələrində Neapol dairəsi yaxınlığında maqnitofonu və səsgücləndiriciləri sökülmüş vəziyyətdə tapılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.#601;ri #601;l

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA