Əli Kərimlinin qaynı həbs olundu

img

28-03-2012 [11:20]


AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidov saxlanıb. 41 yaşlı Elnur Seyidov Bakıda yaşayır, bank işçisidir. Elnur Seyidovu Milli Təhlükəsizlik Nazirliyi saxlayıb. Onun nədə ittiham olunduğu hələlik bilinmir. Vəkil Əsabəli Mustafayev ?Media forum? saytına açıqlamasında AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun saxlandığını təsdiqləyib. Əsabəli Mustafayev deyib: ?Bank işçisi olan Elnur Seyidovun hüquqlarını vəkil Fəxrəddin Mehdiyevlə mən müdafiə edirik. Elnur Seyidovu martın 27-si günorta saatlarında Bakıda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. Martın 28-də Elnur Seyidovla görüşmək üçün MTN-ə getdik. Məni görüşə buraxmadılar. Ancaq Fəxrəddin Mehdiyev Elnur Seyidovla görüşüb?. Əsabəli Mustafayev əlavə edib ki, Əli Kərimlinin qayını siyasətdən uzaq adamdır. MTN-in ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev ?Media forum? saytına bildirib ki, sözügedən məsələ ilə bağlı mərkəzə hər hansı məlumat daxil olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA