Elmi-Tədqiqat Neft Mazınqayırma institutuna qarzı iddia qaldırılıb

img

13-03-2012 [01:02]


?Azərbaycan Elmi-Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu? TASC ?Azərsu? Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə verilib. Buna səbəb sözügedən institutun illərlə istifadə etdiyi supulunu bu günədək ödəməməsidir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, ?Azərsu? ASC-nin ilkin iddiasına 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılsa da, çıxarılan qərar ?Azərsu? ASC-ni qane etməyib: ?Artıq birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilib və işə Bakı Apellyasiya Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə baxılır. Hakim martın 15-də, saat 15.00-da şikayət üzrə növbəti prosesə start verəcək?. Məhkəmə prosesi bitmədiyindən borcun məbləği haqda informasiya verilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA