Vəkillərin böyük bir ordusu yaranıb ki, 50-60 manata istənilən məhkəmə və istintaq sənədinə imza atmağa hazırdılar

img

09-03-2012 [07:04]


Bu gün Azərbaycanın məhkəmə sistemində kifayət qədər ciddi problemlərin olduğu danılmazdır. Bu istiqamətdə bir sıra islahat xarakterli addımlar atılsa da, mövcur ağır durumun aradan qalxmayıb. Bu barədə fikirlərini MİA-la bölüşən tanımış hüquqşünas Mehman Muradlı məhkəmələrdəki əsas problemin hakimlərin icra hakimiyyəti orqanından asılı olmasında görür: ?2005-ci ildən Məhkəmə-Hüquq Şurası fəaliyyət göstərir və həmin şuranın başında mərkəzi icra hakimiyyəti orqanının başçılarından olan ədliyyə naziri Fikrət Məmmədov durur. Bu halda məhkəmələrin konstitusiyada təsbit olunmuş müstəqilliyi nəinki 2-ci plana hətta deyərdim ki, 4-cü və yaxud 5-ci plana keçir. Məhkəmə-Hüquq Şurasının sədri qanuna əsasən seçkili orqandır və 2 il 6 ay müddətinə şura üzvləri tərəfindən seçilir. 3-cü seçkidir ki, Fikrət Məmmədov həmin vəzifəyə ?seçilir?. Bu gün istənilən hakimin xidməti otağına daxil olsanız, orada azı 3 nəfərin portretinə rast gələrsiniz. Portreti olanlardan biri Fikrət Məmmədovun portretidir. Mən əsla Fikrət müəllimin fəaliyyətinə kölgə salmaq fikrim yoxdur. Bir daha vurğulamaq istəyirəm, əgər biz hüquqi və demokratik cəmiyyət qurmaq istəyiriksə, azından məhkəmələri kağız üzərindəki olan müstəqillikləri təmin edilməlidir?. Azərbaycanda vəkillik sistemi normal fəaliyyət göstərməməsinə toxunan hüquqşqnas təəsüflə bildirib ki, vəkilliyin bugünkü acınacaqlı durumu istintaq orqanlarına, məhkəmələrə, hakimiyyətə sərf etdiyi kimi, həmçinin vəkillərin böyük bir hissəsini tamamilə qane edir. Onun sözlərinə görə, həmin vəkillər məhkəmə və hüquq-mühafizə sistemindəki korrupsiya mühitindən əməlli-başlı bəhrələnərək faktiki olaraq ?makler?liklə öz bizneslərini quranlardır: ?Nə qədər acınacaqlı olsa da, cəmiyyətdə məhz hakim, prokuror, müstəntiq və polislə ?dil? tapmağı bacaran bu cür adamların işləri yaxşı gedir. Azərbaycan vəkilliyinin deqradasiyasından xəbər verən dəhşətli bir fakt var. Vəkillərin böyük bir ordusu yaranıb ki, 50-60 manata istənilən məhkəmə və istintaq sənədinə imza atmağa hazırdılar?. Korrupsiyaya qarşı mübarizə məhkəmə sisteminə çox ?yaxşı? təsir göstərdiyini vurğulayan M.Muradlının fikrincə, korrupsiyaya qarşı mübarizədən əvvəl hakimlər ?şirinliyi? vəkil və nümayəndələr vasitəsi ilə alırdılarsa, indi birbaşa tərəfin özündən alırlar. Müsahibimiz deyir ki, bu vəziyyət makler-vəkillər tərəfindən hakimləri ?aldatmağın? qarşısını alıb. Ancaq bu, qiymətlərin bir az qalxması ilə nəticələnib. Onun sözlərinə görə, hakimlərin qanun pozuntuların yol vermələri cəza mexanizminin olmaması ilə bağlıdır. Hazırkı vəziyyəti aradan qaldırmaq üçün hüquqi islahatlara ehtiyac olduğunu qeyd edən M.Muradlı deyib ki, qanunvericilikdə islahatların həyata keçirilməsi qaçırılmazdır: ?Bir çox qanunverici aktlar var ki, onlar mütləq dəyişdirilməli, əlavələr olunmalıdır. Adi bir faktı nəzərinizə çatdırım. Cinayət Məcəlləsinin oğurluqla və yaxud dələduzluqla bağlı maddəsində dəymiş ziyan xeyli miqdar olan məbləğ qeyri müəyyəndi. Belə ki, 7 min manat məbləğində oğurluq və yaxud dələduzluq etmiş şəxslə 700 min manat məbləğində cinayət törətmiş şəxs arasında heç bir fərqin olmamasıdır. Yənu, bu kimi qeyri-müəyyənliklərə aydınlıq gətirlməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA